Əməkdar artistin ərinin ölümünə səbəbkar olan şəxs 27 ildən sonra ondan halallıq istədi - VİDEO

10:27 | 29.12.2018
Əməkdar artistin ərinin ölümünə səbəbkar olan şəxs 27 ildən sonra ondan halallıq istədi - VİDEO

Əməkdar artistin ərinin ölümünə səbəbkar olan şəxs 27 ildən sonra ondan halallıq istədi - VİDEO

ATV-də yayımlanan "BizimləSən" verilişində təsirli anlar yaşanıb. 

BAKU.WS-in məlumatına görə, verilişdə qonaq olan Əməkdar artist Gülüstan Əliyevanın görüşünə gələn Sərraf Əliyev adlı şəxs 27 ildən sonra ondan halallıq istəyib. 

İllərdir vicdan əzabı çəkən 69 yaşlı Sərraf Əliyev qeyd edib ki, Qarabağ müharibəsi zamanı o, Gülstan Əliyevanın mərhum şəhid həyat yoldaşı Zahid Əhmədovla bir kənddə vuruşub. 

S. Əliyevin sözlərinə görə, Zahidin müharibədə vəfat etməsinə məhz o səbəbkar olub. Belə ki, onun səhlənkarlığı nəticəsində Zahid Əhmədov minaya düşüb və həyatını itirib.

O, Zahid Əhmədovun Əməkdar artist Gülüstan Əliyevanın həyat yoldaşı olduğunu 5 il əvvəl öyrənib. 

Bütün baş verənləri studiyada etiraf edən S. Əliyev G. Əliyevadan halallıq istəyib. 

G. Əliyeva hər şeyi qismətlə əlaqələndirib və bu hadisədə özünü günahlar hesab edən S. Əliyevə halallığını verib. 

Studiyada yaşananlar ekspertləri və tamaşaçıları göz yaşlarına boğub. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb