Anews.az "REN TV”yə istinadən xəbər verir ki, iş xanımı polisə müraciət edərək şəhərin Leninsk prospektində yerləşən mənzilindən külli miqdarda pulun oğurlandığını bildirib.
Ağalarovanın evindən 1 milyon rubl (25 min 800 AZN) və 25 min ABŞ dolları (42 min 500 AZN) oğurlanıb. Bundan başqa, oğrular Səbinə Ağalarovanın 2 ədəd xəz paltosunu aparıblar. Oğrular ev sahibəsinin qiymətli bəzək əşyalarına toxunmayıb.
Ağalarova öz əməkdaşlarından və mühafizəçisindən şübhələnir. Faktla bağlı Rusiya polisi araşdırmalara başlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !