Ən çox şikayət edilən dövlət komitələri - SİYAHI

15:45 | 03.10.2015
Ən çox şikayət edilən dövlət komitələri - SİYAHI

Ən çox şikayət edilən dövlət komitələri - SİYAHI

Sentyabr ayında ən çox şikayət edilən dövlət komitəsi Əmlak Məsələləri Dövlət Komitəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi olub.

Bu barədə AzNews.az-a Media Təqib Mərkəzindən məlumat verilib. 

Bildirilib ki, 2015-ci ilin sentyabr ayında elektron mətbuatda, yəni sayt və portallarda komitələrlə əlaqəli 7354 xəbər yerləşdirilib. Bunlardan 197 xəbər mənfi, 168 xəbər müsbət və 6989 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Əmlak Məsələləri Dövlət Komitəsi (56 xəbər), Diasporla İş üzrə Dövlət Komitəsi (54 xəbər), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (26 xəbər). Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında 122 xəbərlə liderdir.

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 909 xəbər dərc edilib. Bu xəbərlərdən 861-i neytral, 30-u müsbət, 18-i isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (4 xəbər) fərqlənir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi isə müsbət xəbərlər arasında 24 xəbərlə liderdir.

Sentyabr ayında televiziya kanallarında isə komitələr haqqında 180 xəbər göstərilib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür