Enerjini parçadan almaq mümkün olacaq

10:33 | 19.09.2016
Enerjini parçadan almaq mümkün olacaq

Enerjini parçadan almaq mümkün olacaq

Corciya Texnologiya İnstitutundan olan alimlər qrupu tərəfindən hazırlanmış parça günəş işığı və geyim sahibinin hərəkəti sayəsində daşınan elektronika üçün enerji hasil etmək qabiliyyətinə malikdir.

ANN.Az Trend-ə istinadən bildirir ki, parça sürtünmə zamanı yaranan triboelektrik effektin hesabına enerji hasil edə bilər. Yundan hazırlanmış parça triboelektrik nanogeneratorlardan başqa polimer günəş elementlərindən ibarətdir.

Tədqiqatın həmmüəlliflərindən biri Jonq Lin Vanqın sözlərinə görə, bu hibrid parça səhra şəraitində qurğuların enerji ilə doldurulması sahəsində yeni həldir.

Alimlər tədqiqat işinin gedişində yeni materialın kiçik nümunələrini düzəldərək sınaqdan keçirib və parçanın elə də çox olmayan enerji hasil etdiyini nümayiş etdiriblər, lakin bu enerji bəzi qurğuların işinin təmini üçün kifayət edə bilər.

Hazırda alimlər ixtiranı təkmilləşdirməyi, parçanın möhkəmliyini artırmağı planlaşdırır, həmçinin elektron komponentlərin küçə şəraitinə və yuyucu vasitələrin təsirinə dözmək qabiliyyətinə əmin olmaq istəyirlər. Yeni materialdan hazırlanan məhsulların kütləvi istehsala çıxarılma tarixi haqda məlumat yoxdur.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb