Ərdoğan Bakıya gəlir

10:00 | 31.08.2014
Ərdoğan Bakıya gəlir

Ərdoğan Bakıya gəlir

Türkiyənin 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə 2-3 sentyabr 2014-cü il tarixdə Azərbaycanda rəsmi səfərdə olacaq. ANS PRESS-in xəbərinə görə, bu barədə məlumat Türkiyə prezident administrasiyasının rəsmi internet saytında yayılıb. Məlumata görə, prezidentlərin görüşü zamanı Azərbaycan-Türkiyə arasındakı münasibətlərin müxtəlif aspektləri, iki ölkə arasındakı əməkdaşlıq, həmçinin Türkiyə ilə Azərbaycanın müştərək mənfəətlərini əks etdirən beynəlxalq və reqional hadisələrin müzakirəsi gözlənilir. Bundan başqa saytda bildirilir ki, Ərdoğanın səfəri hər iki ölkənin ortaq mənfəətlərinin inkişafı baxımından böyük bir fürsət olacaq. 

ANS PRESS

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb