Ərdoğan: “NATO sammitinin önəmi artıb, Türkiyənin konkret təklifləri var”

16:37 | 11.05.2016
Ərdoğan: “NATO sammitinin önəmi artıb, Türkiyənin konkret təklifləri var”

Ərdoğan: “NATO sammitinin önəmi artıb, Türkiyənin konkret təklifləri var”

"Varşavada keçiriləcək NATO zirvə toplantısının önəmi daha da artıb. Bu toplantıda konkret nəticələr əldə olunacağına ümid edirik”.
 
APA-nın "Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri Balkan ölkələri Baş Qərargah rəislərinin Ankarada keçirilən 10-cu konfransında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
R. T. Ərdoğan bildirib ki, avroatlantik inteqrasiya istiqamətində atılan addımlar mühüm fayda verəcək: "Cənub-şərqi Avropa diviziyasını gücləndirmək barədə Türkiyənin təşəbbüsü qiymətli və əhəmiyyətli addımdır. Sizlərin də konkret dəstək verməyinizi gözləyirik. Qara dənizi sahil ölkələri arasında əməkdaşlıq hövzəsinə çevirməliyik. Sahilyanı ölkələr olaraq hamımız öz üzərimizə düşəni etməliyik. Bütün istiqamətlərdə atılması tələb olunan addımları NATO olaraq atmalıyıq. Atmasaq, tarix bizi bağışlamaz. Konkret təkliflərimizi Qara dəniz ölkələri ilə bölüşəcəyik”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb