Ərdoğan Sisi ilə barışıq təklifini rədd etdi

17:21 | 24.11.2014
Ərdoğan Sisi ilə barışıq təklifini rədd etdi

Ərdoğan Sisi ilə barışıq təklifini rədd etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qadın və Ədalət sammitində çıxışında beynəlxalq konfranslarda bəzi "dost ölkə" liderlərinin ona Misir prezidenti Sisi ilə barışması ilə bağlı təkliflər etdiyini, ancaq bunu rədd etdiyini açıqlayıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Misirdə yaşanan insanlıqdan kənar vəhşiliyi xatırladan Ərdoğan belə danışıb:

"Yaxın tarixdə bir gündə 3 min insanın öldürüldüyü  ölkə görməmişik. Amma Misir bunu yaşadı. Misirdə heç bir lider belə bir şeyə yol vermədi, amma Sisi etdi bunu. Bir gündə bu qədər insan öldürüldü. Xalqın səsi ilə iqtidara gəlmiş bir insanı devirdilər. "Demokratiya" hayqıran ölkələr nə dedi? Bir səs çıxardılarmı? Müsbət bir yanaşmaları oldumu? Nə edirsən dedilərmi? Hələ də hökumət uğrunda mübarizəni davam etdirirlər".Ərdoğan "Bu anda Suriyada 300 mindən çox insan öldürüldü. Hələ dünyanın səsi yoxdur. Onlarla həmişə görüşürəm, amma söylədiklərimlə qalıram. Ən kiçik bir narahatlıqları yox, tək narahatlıqları var: neft", deyə sözünü tamamlayıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb