Ərdoğandan çağırış: "İradənizi dollara satmayın"

11:13 | 22.12.2017
Ərdoğandan çağırış:

Ərdoğandan çağırış: "İradənizi dollara satmayın"

"Qüdslə bağlı BMT Baş Assambleyasının qətnaməsinin əzici səsçoxluğu ilə qəbul edilməsini böyük məmnuniyyətlə alqışlayırıq". İstiPress-in məlumatına görə, bu sözlərin müəllifi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandır. Prezident BMT-nin qərarını öz "Twitter” səhifəsində şərh edib.

BMT Baş Assambleyası tərəfindən qanunsuz olduğu isbat olunan Trampın bu uğursuz qərarının tez bir zamanda ləğv ediləcəyini gözləyirik. Öz adımdan və Türkiyə xalqının adından Fələstin və Qüds davasında dəstək nümayiş etdirən hər kəsə təşəkkür edirəm”.

Prezident tvitini üç dildə - türk, ingilis və ərəb dillərində paylaşıb. 

BMT Baş Assambleyası Qüdsü İsrailin paytaxtı kimi tanımayıb. Baş Assambleya ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarının qəbul edilməməsi ilə bağlı qətnaməni qəbul edib. Sənədin lehinə 128 ölkə səs verib. 9 ölkə qətnamənin əleyhinə səs verib. 35 dövlət isə bitərəf qalıb.

Xatırladaq ki, bundan öncə də Ərdoğan Tramapın  Qüdsə dəstək verən ölkələrə maliyyə yardımını kəsəcəyi ilə bağlı hədəsini şərh etmişdi. "ABŞ prezidenti təhdid edir. Bu nə təhdiddir? "Biz milyardlar veririk, bizim düşüncəmizin əksinə hərəkət edənlər var. Bunları tək-tək qeyd edirik”.  Demokratiyanın beşiyi dollarla satılan iradə axtarır. Hörmətli Traamp, siz Türkiyənin demokratiya iradəsini dollarlarınızla satın ala bilmərsiniz. Bizim qərarımız bəllidir. Bütün dünyaya səslənirəm- qətiyyən belə xırda-xuruş dollar demokrataiyasına iradənizi satmayın. Dollar hər zaman gələ bilər, amma iradə yox. Dünya Amerikaya çox gözəl bir dərs verər". 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb