Erkin Qədirli vəzifədən kənarlaşdırılmasına münasibət bildirdi - YENİLƏNİB

13:13 | 13.05.2014
Erkin Qədirli vəzifədən kənarlaşdırılmasına münasibət bildirdi - YENİLƏNİB

Erkin Qədirli vəzifədən kənarlaşdırılmasına münasibət bildirdi - YENİLƏNİB

Respublikaçı Alternativ (REAL) Hərəkatının REAL Məclis Başkanı vəzifəsindən uzaqlaşdırılan Erkin Qədirli İdarə Heyətinin qəbul etdiyi qərarla bağlı danışmaq istəmədiyini bildirib.İdarə Heyətinin üzvü olan E.Qədirli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, İdarə Heyəti qərar qəbul edib və onun bu haqda danışması düzgün olmazdı: “Qərarda hər şey olduğu kimi göstərilib, izah edilib. Mənim buna şərh verməyim düzgün olmaz. Əgər nə isə yeni bir məlumat öyrənmək istəyirsinizsə, o zaman bu qərarı qəbul edənlərdən soruşun”.ANN.Az

***

12:57

“Respublikaçı Alternativ (REAL) Hərəkatının Məclis başqanı, İdarə Heyətinin üzvü Erkin Qədirli vəzifəsindən kənarlaşdırılıb və mətbuatla təmasına məhdudiyyət qoyulub”.

Bunu APA-ya açıqlamasında hərəkatın icra katibi Natiq Cəfərli deyib.

 

N. Cəfərlinin sözlərinə görə, bu barədə qərar hərəkatın İdarə Heyətinin toplantısında verilib.

 

O bildirib ki, E. Qədirlinin vəzifəsindən kənarlaşdırılmasına son günlər hərəkatın proqramına zidd müsahibə və açıqlamaları səbəb olub: “Son günlər onun sosial şəbəkələrdəki statusları və müsahibələri hərəkatda müzakirə olunurdu. Onun bəzi müsahibələri REAL-ın proqramı ilə təzad təşkil edir. Erkin Qədirlinin demokratiya ilə bağlı bəzi fikirləri cəmiyyətdə birmənalı qarşılanmamışdı. Ona görə də biz ona vaxt tanımışdıq ki, səhvlərini düzəltsin. Ancaq bu baş vermədiyinə görə, İdarə Heyəti belə bir qərar verdi”.

 

N. Cəfərli onu da əlavə edib ki, İdarə Heyəti 3 ay müddətinə E. Qədirlinin mətbuatla təmasına da məhdudiyyət qoyub. Onun sözlərinə görə, REAL-ın yeni Məclis başqanı seçiləcək: “Amma Erkin Qədirli İdarə Heyətində qalır və bütün işlərdə aktiv iştirak edəcək”. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM