Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar

15:10 | 17.07.2015
Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar

Erməni hakerlər ANN.Az saytına hücum etdi - Fotolar


Bir qrup erməni hakeri ANN.Az saytına hücum edib. Sayta haker hücumu erməni təşkilatı MMCA (Monte Melkonyan Cyber Army)  tərəfindən olub. Xəbər portalının səhifəsini açdıqda ermənilərin bu mesajı görünür: "Biz ölkəmizi buradan da müdafiə edirik. Biz sizdən daha güclüyük. Qarabağ Ermənistana məxsusdur. Naxçıvan bizi gözlə. Monte Melkonyan kiber hücumu." 

Xəbər portalına hücum edildikdən sonra "Google" internet axtarış şəbəkəsində MMCA (Monte Melkonyan Cyber Army) yazıldıqda, onlar haqqda olan məlumatlarla yanaşı, ANN.Az xəbər portalına edilən haker hücumu da göstərilir. Bu təşkilatın xəbər portalına etdikləri hücuma aşağıdakı fotolarda baxa bilərsiz.

Qeyd edək ki, Monte Melkonyan erməni terrorçusu, ASALA terror təşkilatının rəhbərlərindən biri, Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycan torpaqlarını işğal edən səhra komandiri, ləqəbi isə "Abu Sindi" olub.1990-cı ildə Melkonyan Ermənistana gəlib və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə getmişdir. Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistan ön cəbhə dəstələrinin birinin komandiri olub. 12 iyun 1993-cü ildə Ağdam rayonunun Mərzili kəndi ətrafında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri İbad Hüseynov tərəfindən məhv edilmişdir.

Orxan Aslanlı
 





www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb