Erməni politoloq ordumuzdan DANIŞDI - "Bənzərsiz..."

21:04 | 12.03.2019
Erməni politoloq ordumuzdan DANIŞDI -

Erməni politoloq ordumuzdan DANIŞDI - "Bənzərsiz..."

"Azərbaycan Silahlı Qüvvələri indiyədək oxşarı olmayan hərbi təlimlərə başlayıb”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Vova Vartanov deyib.

Ekspert Azərbaycan ordusunun təlimlərinə cəlb edilmiş yeni hərbi texnikalara da diqqət çəkib:

"Azərbaycan ordusu geniş miqyaslı hərbi təlimlərə başlayıb. Təlimlər yeni hərbi texnikaların nümayiş etdirilməsi ilə də əlamətdardır. Bu baxımdan, təlimlərin fərqli olduğunu deyə bilərik.

Belarusdan alınmış "Polonez” raketlərinin manevrlərə cəlb edilməsini xüsusi olaraq vurğulamaq istərdim”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələri martın 11-dən geniş miqyaslı hərbi təlimlərə start verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb