Erməni yazıçı Lyubik Çibuxçyan azərbaycanlı xanəndə Elnarə Abdullayevaya poema həsr edib.ANN.Az-ın BBC-yə istinadən xəbərinə görə, erməni yazıçının növbəti kitabı “Elnarə” adlanır. Bu 173 səhifəlik mənzum əsərini yazar Azərbaycan müğənnisi Elnarə Abdullayevaya ithaf edib.Lyubik Çibuxçyanın “Elnarə” kitabı iki həftə bundan əvvəl çapdan çıxıb. Yazıçı kitabı rus və erməni dillərinə tərcümə etdirmək istəyir.Çibuxçyanın bundan əvvəl çap olunmuş 156 kitabları arasında onlarla qəsidələri Alfred Nobelə, Birinci Pyotra, Mahmud Əhmədinejada və başqa tanınmış və böyük insanlara həsr olunub.Və nəhayət şairi daha bir kitab yazmağa Elnarə Abdullayeva ruhlandırıb.Lyubik Çibuxçyan deyib ki, ilk dəfə Elnarəni Azərbaycan televiziyası ilə yayımlanan konsertdə görüb: ““Bir klip göstərirdilər. Cavan qadın bülbül haqqında oxuyurdu. Sabahısı gün iş yoldaşıma dedim, internetdə tapdı, bir neçə mahnısını dinlədim, çox xoşuma gəldi”.Çibuxçyan hətta Elnarənin Facebook ünvanına məktub yazıb, amma deyir ki, cavab almayıb: “- Yazmışam ki, Elnarə can, gözəl səsin var, Allah sənə yar olsun, sənin kimi məharətli, bülbül səsli qız yetirən istedadlı xalqa təşəkkürümü bildirmişəm”.Çibuxçyan kitabı rus və Azərbaycan dillərinə tərcümə etdirmək istəyir: “Qoy Minsk Qrupuna, səfirliklərə, ölkə başçılarına paylansın”.Kitabda gözəlliyə qəsidə, eşq-məhəbbət, dünya-kainat, təbiət ətrafında mücərrəd fəlsəfi mülahizələrlə yanaşı, erməni-azərbaycanlı ixtilafına dair ötəri eyhamlar da nəzərə çarpır: “Yazmışam ki, Elnarə can, Qarabağ haqqında oxuyursan, mənim Qarabağım deyirsəm, sənin olsun – kim deyir ki, sənin deyil? – gəl sənətinlə, tar-kamanla Qarabağı al. Qoy kamança avtomat olsun, qaval da minaatan".Qeyd edək ki, 63 yaşlı Lyubik Çibuxçyan Tavuş vilayət icra başçısının müşaviri vəzifəsində çalışır.Məsələ ilə bağlı Lent.az-ın əməkdaşı müğənni ilə əlaqə saxlayıb. O isə bu işdən məmnun olmadığını söyləyib: “Hə. Çəkilişə gedirdim, elə indi eşitdim. Eşidən kimi də pis oldum. Allah vurmuşdu erməniləri. Erməni kimdi ki, mənə də poema yaza? Başlarına dəysin poemaları. Elə belə də yazın. Daha bütün vasitələr qurtarıb, keçiblər bu yola?”
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !