Ermənilər Avropa Olimpiya Oyunlarında iştirak edəcəkmi? - Münasibət

17:30 | 10.10.2014
Ermənilər Avropa Olimpiya Oyunlarında iştirak edəcəkmi? - Münasibət

Ermənilər Avropa Olimpiya Oyunlarında iştirak edəcəkmi? - Münasibət

Ermənistanın olimpiya nümayəndə heyəti 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Olimpiya Oyunlarında iştiraka hazırdır. 

Bu barədə Ermənistan Milli Olimpiya Komitəsinin prezidenti Qaqik Sarukyan Yerevanda mətbuat konfransında bildirib.

“Ermənistan “sərhədsiz idman” devizi altnda çıxış edir. Qonşu ölkələr öz problemlərini dinc danışıqlar yolu ilə həll etməlidirlər. Əgər Azərbaycan təhlükəsizliyə zəmanət verirsə Ermənistan öz nümayəndə heyətini Bakıya göndərməyə hazırdır.

Xatırladaq ki, Avropa Olimpiya Oyunları 2015-ci il iyunun 12-28-də keçiriləcək. Tədbirdə Avropanın 49 ölkəsindən 5000 idmançı iştirak edəcək.

Bundan öncə idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycan oyunlarda iştirak etmək istəyən erməni idmançıların təhlükəsizliyinə zəmanət verir (Turan).

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb