Ermənilər Gədəbəydə 9-cu sinif şagirdini yaraladı

09:57 | 04.08.2014
Ermənilər Gədəbəydə 9-cu sinif şagirdini yaraladı

Ermənilər Gədəbəydə 9-cu sinif şagirdini yaraladı

Gədəbəyin Şınıx bölgəsində yerləşən Göyəli kəndində 14 yaşlı qız ermənilərin açdığı atəş nəticəsində yaralanıb. Gədəbəy Rayon Mərkəzi Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, avqustun 3-də saat 16 radələrində xəstəxanaya yerləşdirilən 2000-ci il təvəllüdlü Şəlalə Mais qızı Tağıyeva sol ayağından güllə yarası alıb. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 9-cu sinif şagirdi olan Ş. Tağıyeva öz həyətlərində düşmən gülləsinə tuş gəlib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb