Ermənilər köçəri olduqlarını etiraf etdilər - VİDEO

11:38 | 08.09.2016
Ermənilər köçəri olduqlarını etiraf etdilər - VİDEO

Ermənilər köçəri olduqlarını etiraf etdilər - VİDEO

Erməni idmançıları "Ümumdünya Köçəri idman oyunları"na qatıldılar.

ANN.Az xəbər verir ki, 3-7 sentyabr 2016-ci il tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən "Ümumdünya Köçəri idman oyunları”nda Ermənistanın da nümayəndə heyəti iştirak edib.

Azeri.today yazır ki, ermənilərin bu formatda yarışa qatılması birmənalı qarşılanmayıb. Belə ki, bir müddət öncə köçəri idman oyunlarına dəvət göndərilən zaman Ermənistanın Gənclər və idman nazirliyi rədd cavabı vermişdi.

"Erməni idmançıları üçün bu tip idman yarışları ənənəvi sayılmır və buna görə gələcəkdə də iştirak mümkünsüzdür", - deyə nazirlikdən bildirilmişdi. Bir çox erməni KİV-lərinin  "Biz köçəri deyilik!" deyə başlıqlar yazmasına baxmayaraq, ermənilər bu oyunlara qatılaraq köçəri olduqlarını təsdiq ediblər.

Xatırladaq ki, 3-7 sentyabr 2016-ci il tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində "Ümumdünya Köçəri idman oyunları” keçirilib. 

Tədbir çərçivəsində qonaqlar üçün "Kırçın” vadisində "Köçməndər Aalamı” festivalı baş tutacaq. Festival çərçivəsində Qırğızıstan Respublikasının ümumilikdə 300-ə yaxın müxtəlif region və şəhərlərinin milli mətbəxi, adətləri, dekorativ atributları və digər maraqlı nümunələri təqdim olunub.

Ümumilikdə "Ümumdünya Köçəri idman oyunları”nda 53 ölkədən 23 idman növü üzrə 2000 idmançının iştirak edib.

Azərbaycan bu yarışa 9 idman növü üzrə 38 idmançı, 6 hakim, 5 məşqçi və 3musiqiçi ilə qatılacaq.

İdmançılarımız öz qüvvələrini Milli güləş, Alış güləşi, Aba güləşi, Türkməngüləşi, Qazax güləşi, Qırğız güləşi, Mas-Reslinq, Er-Eniş (at üstündə güləş) və ənənəvi kamandan ox atma idman növlərində sınayacaq.


Rəşid Mustafazadə


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb