“Ermənilər Şotlandiya və Qarabağ arasında müqayisə apararkən utanmalıdırlar” - Asim Mollazadə

15:21 | 22.09.2014
“Ermənilər Şotlandiya və Qarabağ arasında müqayisə apararkən utanmalıdırlar” - Asim Mollazadə

“Ermənilər Şotlandiya və Qarabağ arasında müqayisə apararkən utanmalıdırlar” - Asim Mollazadə

Öz müqəddəratını təyin etmək üçün referendum keçirən Şotlandiya bütün separatçılar üçün yaxşı dərs oldu – Qarabağ separatçılarından tutmuş katalonlara qədər. Şotlandiyalıların əksəriyyətinin ayıq və düşüncəli seçimi dövlətlərinin parçalanması tərəfdarı olanların seçdikləri yollarının yanlış olduğunu nümayiş etdirdi.Şotlandiyada baş verən siyasi proseslərdən biz hansı nəticələri çıxarmalıyıq? ANN.Az-ın bu və digər suallarını Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə cavablandırıb.“Düşünürəm ki, Şotlandiya referendumu çox maraqlı presedentdir. Bu referendum öz müqəddəratını təyinetmə hüququ nümunəsi olaraq Avropa baxışına və yanaşmalarına tamamilə uyğundur” – Asim Mollazadənin sözlərin görə, hər iki tərəf güc tətbiq etmədən və zorakılıq göstərmədən Şotlandiya xalqı mədəni yolla müstəqillik haqqında suala cavab verdi."Mən Şotlandiya Milli Partiyasının ilk qurultaylarından birində iştirak edirdim. Onda bu partiya Böyük Britaniya parlamentində iki deputatla, Şotlandiya parlamentində isə onlarla deputatla təmsil olunurdu. 15 il sonra bu partiya Şotlandiya parlamentində seçkiləri qazandı və Şotlandiya hökumətini formalaşdırdı. Bu müddət ərzində Millətçilər Partiyası böyük yol keçdi və əhalinin bir hissəsini inandırdı ki, xalq Böyük Britaniyasız daha yaxşı yaşamağa qadirdi.Buna əsas verən məqamlar - Şotlandiyanın müstəqilliyi ilə bağlı ümidlər və Şimal dənizində neft-qaz yataqlarıdır. Və əlbəttə, Şotlandiya cəmiyyətində geniş yayılmış, ingilislərə qarşı tarixi incikliklər. Şotlandiyalılar birgə olduqları 300 il ərzində ingilislərlə çoxlu qarşıdurmalar yaşayıblar. Şotland dilinə, milli geyiminə, hətta tuluq zurnasında ifa etməyə də qadağa qoyulmuşdu. Bu milli alətdə ifa etmək hüququnu şotlandiyalılar II Dünya Müharibəsindən sonra aldılar. Ola bilsin, bu milli amillər, milli yaddaşdakı incikliklər şotlandiyalılar üçün təşviqedici oldu. Mən təəccüblənmişdim ki, bu qurultayda məşhur aktyor, Amerika şotlandı Şon Konneri də qonaq qismində iştirak edirdi. Bu, onu deməyə əsas verir ki, müharibədən sonra Böyük Britaniyanı tərk etmiş bir çox şotland indi ingilislərdən müstəqillik tərəfdarı kimi çıxış edirlər.Bu referendumun səbəbləri iqtisadi deyildi, çünki öz iqtisadi yanaşmalarına görə Şotlandiya milli partiyası hətta daha soldur, nəinki Şotlandiyada ənənəvi güclü leyboristlər.Bununla belə nəticədən asılı olmayaraq, bu referendum dünya ictimaiyyətinə mədəni şəkildə göstərdi ki, bu kimi məsələr necə həll edilir.Qarabağa, Moldovaya, Gürcüstana və Ukraynaya gəlincə, biz orada gücdən istifadənin şahidi olduq, həm də üçüncü ölkənin ordusunun tətbiqiylə. Orada etnik təmizləmələr aparıldı və mülki əhali qətlə yetirildi. Mən düşünürəm ki, Xocalıda baş verənləri nəzərə alsaq, onda erməni təşkilatları Şotlandiyada və Dağlıq Qarabağda baş verən hadisələr arasında paralellər aparmağa utanmalıdırlar", - A.Mollazadə deyib.Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb