Ermənistan Azərbaycana görə Rusiyanı tənqid etdi

12:40 | 09.03.2016
Ermənistan Azərbaycana görə Rusiyanı tənqid etdi

Ermənistan Azərbaycana görə Rusiyanı tənqid etdi

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Rusiyanın Azərbaycana silah satmasını tənqid edib.

Modern.az xəbər verir ki, "Kommersant” qəzetinə müsahibə verən Nalbandyan Moskvanın Bakıya silah satmasının ölkəsi üçün xoş olmadığını və regionda hərbi balansı saxlamaq üçün böyük güc sərf etməli olduqlarını deyib.

"Son illərdə Azərbaycan öz hərbi xərclərini çoxqat artırıb. Bizim Rusiya ilə hərbi sahə də daxil olmaqla çox sıx strateji əlaqələrimiz var. Biz silahlarımızı ilk növbədə öz müttəfiqlərimizdən alırıq. Dünyanın ən böyük silah ixracatçılarından biri kimi Rusiyanın fərqli ölkələrə silah satması normalıdır. Amma bizi hər gün yeni müharibə ilə hədələyən Azərbaycana silah satışından heç də sevinmirik. Və həmin silahların bizimlə KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) çərçivəsində sıx əməkdaşlıq edən yaxın müttəfiqimiz tərəfindən satılması bizim heç xoşumuza gəlmir”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM