Ermənistan Azərbaycandan qorxduğunu etiraf edir

16:13 | 30.06.2017
Ermənistan Azərbaycandan qorxduğunu etiraf edir

Ermənistan Azərbaycandan qorxduğunu etiraf edir

Ermənistan Rusiyanın qonşu ölkələrə satdığı silahlardan narahatdır. Bunu jurnalistlərə açıqlamasında Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib. Nazir müavini cəbhədə baş verənlərdən narahat olduğunu bildirib. Brifinq zamanı o ölkəsinin bütün baş verəcək hadisələrdən sığortalanmadığını, hər an təmas xəttində gərginliyin artacağından narahatlığını dilə gətirib. Xatırladaq ki, Ermənistan tərəfi Rusiyadan Azərbaycana silah satışının şərtlərinin tam tərkibinin göstərilməsini tələb edir.

Erməni nazir jurnalistlərə açıqlamasında ölkəsinin qonşu ölkələrlə, eləcə də digərləri ilə əlaqələri möhkəmləndirməkdə maraqlı olduğunu dilə gətirdi. Koçaryan ölkəsinin Rusiya ilə heç bir konflikt yaşamadığını da diqqətə çatdırıb.

Mətbuat konfransı zamanı jurnalistin Dağlıq Qarabağda mövcud vəziyyət necədir? - sualına Koçaryan belə cavab verdi:

"Biz qonşularımızın atacağı addımlara adekvat cavab veririk. Əlbəttə, Rusiya bizim müttəfiqimizdir, amma artıq gözləmə müddəti digər mənzərə ortaya çıxara bilər. Bu, reallıqdır və bu məsələdə bizim mövqeyimiz aydındır", - Şavarş Koçaryan bildirib.

Onun sözlərinə görə, məhz bu məntiqə əsaslanaraq Ermənistan Rusiya ilə, digər tərəfdaşlarla siyasi münasibətlər qurur.

Mais Məmmədov, İstiPress

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM