Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Gevorq Papoyan

13:54 | 08.08.2024
Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Gevorq Papoyan

Ermənistan Azərbaycanın tələbi ilə konstitusiyaya dəyişiklik etməyəcək - Gevorq Papoyan

Ermənistan Azərbaycan tərəfinin tələbi ilə konstitusiyaya dəyişiklik etmək niyyətində deyil. Bu bəyanatla Ermənistanın İqtisadiyyat naziri Gevorq Papoyan deyib.
 
"Ermənistan Respublikası öz konstitusiyasını Ermənistan vətəndaşlarının qərarı ilə dəyişdirə bilər,  biz heç bir ölkənin tələbi ilə öz konstitusiyamızı dəyişdirməyəcəyik, dəyişdirmək və ya dəyişməmək Ermənistan Respublikasının daxili işləridir”,- o bildirib. 

Papoyan onu da əlavə edib ki, Ermənistan Azərbaycanla qarşılıqlı prinsip əsasında nəqliyyat kommunikasiyalarını açmağa hazırdır.
 
Bundan əvvəl Azərbaycan Preizdenti İlham Əliyev söyləyib ki, sülh sazişi imzalamaq üçün Ermənistan konstitusiyasını dəyişməli və əsas qanundan 1990-cı ildə qəbul edilmiş Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadı çıxarmalıdır. 

Azərbaycan Prezidenti İlham Əliyev bu yaxınlarda keçirdiyi brifinqdə Ermənistanla sülh müqaviləsinin 80%-nin hazır olduğunu bildirib. 
 
Prezidentin sözlərinə görə, sülh müaviləsinin bağlanmasında əsas maneə Ermənistan konstitusiyasında Dağlıq Qarabağın Ermənistanın bir hissəsi olması barədə müddəadır.
 
Rəsmi Bakı Ermənistan hakimiyyətindən referendum keçirməyi və bu maddəni çıxarmağı kəsinliklə tələb edir.
 
Ermənistan rəhbərliyi buna hazır olduğunu ifadə etsə də referendimi 2026-ci ilin parlament seçkilərindən sonraya təxirə salıb. 
 
Bu tarixə qədər tərəflər arasında gələcək sülh müqaviləsinin "baza prinsipləri"ni  təşkil edəcək aralıq müqavilənin bağlanması gözlənilir.
 
Azərbaycan Prezidentinin xarici  münasibətlər üzrə köməkçisi Hikmət Hacıyev bildirib ki, belə bir müqavilə bu ilin noyabrına qədər imzalana bilər. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti