Ermənistan Baş naziri istefa edəcək - DƏQİQ TARİX

23:50 | 07.09.2016
Ermənistan Baş naziri istefa edəcək - DƏQİQ TARİX

Ermənistan Baş naziri istefa edəcək - DƏQİQ TARİX

Ermənistanın Baş naziri Ovik Abramyanın istefası gözlənilir.

ANN.Az-ın "İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, O.Abraamyan Nazirlər Kabinetinin üzvləri ilə vida görüşü keçirib.

Agentliyin sözçüsü bildirib ki, O.Abramyanın istefasının rəsmən sabah təsdiqlənəcəyi gözlənilir. Onun yerinə Karen Karapetyan təyin olunacaq.

Mənbənin sözlərinə görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan da istefa verəcək: "Çox guman ki, bu vəzifəyə Ermənistan Prezident Aparatının rəhbəri Vigen Sarkisyan təyin olunacaq".

O.Abramyanın isə 2017-ci il parlament seçkilərində Ermənistanın Respublika Partiyasının seçkiqabağı qərargahına rəhbərlik edəcəyi deyilir.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb