Ermənistan KTMT-yə Azərbaycanla bağlı şərt qoyub

16:25 | 22.12.2023
Ermənistan KTMT-yə Azərbaycanla bağlı şərt qoyub

Ermənistan KTMT-yə Azərbaycanla bağlı şərt qoyub

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə münasibətlərini bərpa etmək üçün təşkilatın qarşında Azərbaycanla bağlı tələb qoyub.  Bu barədə Ermənistan mətbuatı ölkə parlamentinin spikeri Alen Simonyana istinadan yazıb. 

"Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına münasibətini  yalnız KTMT Azərbaycan silahlı qüvvələrinin Ermənistanın suveren ərazisində olduğunu bəyan edəndən və bu qoşunların çıxarılmasını tələb edəndən sonra dəyişə bilər”, - Ermənistan  parlamentinin spikeri bildirilib.  
 
Onun sözlərinə görə, belə bəyanat verilməyənə qədər "bu təşkilatın işlədiyini". 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının  "Sarsılmaz qardaşlıq” adlı təlimləri artıq bir dəfə  2015-ci ildə Ermənistanda keçirilib. Həmin təlimlərdə  Rusiya Mərkəzi Hərbi Dairəsinin sülhməramlı briqadasının hərbçiləri, o cümlədən Ermənistan, Qazaxıstan, Belarus, Qırğızıstan və Tacikistandan olan 500-ə yaxın hərbçi iştirak edib.

2022-ci ildə KTMT ölkələrinin "Sarsılmaz qardaşlıq” hərbi təlimləri Qırğızıstanda keçirilməli idi, lakin bu ölkənin Müdafiə Nazirliyi səbəbini açıqlamadan təlimləri ləğv edib. 

KTMT 1994-cü ildə qüvvəyə minib. O zaman təşkilat 9 ölkədən ibarət olub. Daha sonra  Azərbaycan, Gürcüstan və Özbəkistan bu təşkilatı tərk edib.
 
Gülnar Nazimqızı


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb