Ermənistan MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iki bəyanata qoşulmaqdan imtina edib. Bu barədə Ermənistanın İctimai Televiziya ölkənin Xarici İşlər Nazirliyinə istinadan xəbər yayıb.
Belə ki, söhbət "Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri haqqında” və "Beynəlxalq münasibətlərdə birtərəfli məhdudlaşdırıcı tədbirlərin tətbiqinin yolverilməzliyi haqqında” bəyanatlardan gedir.
Oktyabrın 7-dən başlayaraq rusiyada MDB xarici işlər nazirlərinin toplantısı keçirilir. Toplantı bu gün də davam edəcək.
Gün ərzində MDB liderlərinin Rusiya prezidenti ilə dar və geniş tərkibdə görüşü gözlənilir.
Aytac
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !