"Aysor” xəbər verir ki, bununla bağlı Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan qərar imzalayıb.
İyulun 20-də N.Paşinyan A.Karapetyan müdafiə nazirinin birinci müavini təyin edilməsi barədə qərar imzalamışdı. O, bu təyinata qədər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini vəzifəsində çalışıb.
İyulun 20-də Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən Vaqarşak Arutyunyan istefa verib. Ona görə də A.Karapetyan müdafiə naziri səlahiyyətlərini də icra edirdi. Onun müdafiə naziri təyin ediləcəyi gözlənilirdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !