Ermənistan müdafiəyə hazırlaşır

10:39 | 11.08.2017
Ermənistan müdafiəyə hazırlaşır

Ermənistan müdafiəyə hazırlaşır

"Texniki baxımdan Azərbaycan çox güclüdür”

Ermənistanda Azərbaycan radiostansiyalarının dinləyici auditoriyasının genişlənməsi Ermənistanın hakimiyyət təmsilçilərini çox narahat edir.

Bu respublikanın parlamentində bu gün açıq şəkildə deyirlər ki, erməni dilində veriliş verən Azərbaycan radiostansiyalarının səsini kəsmək lazımdır. Ermənistan Milli Tele Radio Komissiyasının sədri Qaqik Buniatyanın fikrincə, bu məsələ hazırda ciddi şəkildə öyrənilir.

"Qeyd edim ki, biz hazırda rəqəmsal yayıma hazırlaşırıq. Bu, Azərbaycan radiostansiyaların verilişlərinin Ermənistanda yayılması problemini qismən də olsa həll etməyə imkan yaradacaq. Bizim əsas məsələ xüsusilə sərhəd rayonlarında yaşayan Ermənistan sakinlərinin üzərinə axan təbliğat və dezinformasiya axınının qarşısında etibarlı maneə yaratmaqdır”,- deyə Buniatyan əlavə edib.

Bununla yanaşı, o, etiraf edib ki, texniki baxımdan Azərbaycanın  radio stansiyaları daha yaxşı təchiz olunublar və onların qarşısını almaq üçün müəyyən zamana ehtiyaca var.

Ekspertlərin məlumatına görə, son zamanlarda Azərbaycan radio stansiyalarının dinləyicilərinin sayı yetərincə artıb. Onların fikrincə,  bu, gələcəkdə arzuolunmaz nəticələr yarada bilər.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb