Armen Sarkisyan Ermənistan prezidenti seçildi - Yenilənib

12:23 | 02.03.2018
Armen Sarkisyan Ermənistan prezidenti seçildi - Yenilənib

Armen Sarkisyan Ermənistan prezidenti seçildi - Yenilənib

Ermənistan parlamentində keçirilən səsvermə nəticəsində Armen Sarkisyan Ermənistan Respublikasının 4-cü prezidenti seçilib.
 
-------------------- 
Ermənistan parlamentində ölkə prezidentliyinə namizədlər üzrə səsvermə keçirilir. 

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan prezidentliyinə yeganə namizəd Armen Sarkisyandır. Onun namizədliyini hakim koalisiya irəli sürüb.
Prezidentliyə namizədliyin qeydə alınması üçün parlamentin deputatlarının ¼-nin səsi lazımdır. 

"Çarukyan” bloku öz namizədini irəli sürməyib. "Çıxış” alyansının isə parlamentdə kifayət qədər deputatı yoxdur. 

Qeyd edək ki, Ermənistan Konstitusiyasında edilən dəyişikliklərə əsasən, bu ilin aprel ayında etibarən ölkə tamamilə parlament idarəetmə formasına keçəcək. Ölkədə ilk dəfə prezidenti xalq yox, Milli Məclis seçəcək. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM