Ermənistan sərhədlərin tezliklə delimitasiyasında maraqlıdır - Mirzoyan

13:41 | 05.06.2023
Ermənistan sərhədlərin tezliklə delimitasiyasında maraqlıdır - Mirzoyan

Ermənistan sərhədlərin tezliklə delimitasiyasında maraqlıdır - Mirzoyan

Ermənistan hakimiyyəti Azərbaycanla sərhədlərin delimitasiyası parametrlərinin tezliklə aydınlaşdırılmasında maraqlıdır. Bunu bazar ertəsi parlamentdə respublikanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Xarici işlər nazirinin sözlərinə görə, İrəvan və Bakı konkret xəritələr üzrə yekun razılığa gəlməyiblər, onun əsasında delimitasiya aparılmalıdır.
 
"Azərbaycan Prezidenti Kişinyovda keçirilən son müşavirədə 1975-ci ildən xəritələrə əsaslanan delimitasiyanın əleyhinə olmadığını bildirdi”, - nazir əlavə edib.


Mirzoyan onu da qeyd edib ki, sovet dövründən qalan anklavlarla bağlı məsələ Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin sərhədlərin delimitasiyası üzrə komissiyasının danışıqları çərçivəsində həll edilməlidir.
 
"Siyasi mənada biz bilirik ki, Ermənistan ərazisində SSRİ-nin son dövründə belə anklavlar mövcud olub, amma hesab edirəm ki, bu, delimitasiya komissiyasının məşğul olmalı olduğu məsələdir və orada müxtəlif həll yolları müzakirə edilməlidir”, - nazir söyləyib. 
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb