• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Ermənistanda azərbaycanlı hərbçiyə ömürlük həbs cəzası verilib- Erməni KİV

Ermənistanda azərbaycanlı hərbçiyə ömürlük həbs cəzası verilib- Erməni KİV
06.12.2023 13:24
Ermənistanda saxlanılan azərbaycanlı əsir Hüseyn Axundov barəsində ömürlük həbs cazası verilib.

Bu barədə "Sputnik Ermənistan” məlumat yayıb.

"Zəngəzur mis-molibden zavodunda mühafizəçini qətlə yetirməkdə təqsirləndirilən və 20 il müddətinə azadlıqdan məhrum edilən azərbaycanlı hərbçi Hüseyn Axundovun cəzası ağırlaşdırılaraq ömürlük həbslə əvəz edilib. Ermənistanın Apellyasiya Cinayət Məhkəməsi bununla bağlı mühafizəçi Ayrapet Meliksetyanın hüquqi varislərinin şikayətini təmin edib",- məlumatda qeyd olunub.
 
Hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, Hüseyn Axundovun məhkəməsi yekunlaşdığı və "cəzasını” çəkdiyi üçün ona ömürlük həbs verilə bilməz.
 
"Ermənistan mətbuatı çox şeyi yaza və deyə bilər. Hər erməni yazan fikirlərə dərhal reaksiya vermək lazım deyil. Onun üzərində məhkəmə bitib, barəsində hansısa şikayət verilməyib. Ömürlük cəza necə verə bilərlər? Bütün dünya onlara qarşı olar ki, ömürlük cəza verən idisə, araşdırıb vaxtında verərdilər. Onlar bu əməlləri ilə özlərini rüsvay edəcəklər ki, X məhkəmə düzgün araşdırma aparmayıb. Ermənistandan hər şey gözləmək mümkündür, amma bu cür rüsvayçılığa, biyabırçılığa getməz. Mətbuat yalnız Azərbaycan tərəfini qızışdırmaq üçün bu fikirləri səsləndirir. Onun məhkəməsi bitib və "cəzasını” çəkir. Ömürlük cəza niyə verilsin?”, - ekspert əlavə edib.
 
Bu ilin aprelin 17-də İrəvan məhkəməsi Azərbaycan əsgərləri Aqşin Bəbirov və Hüseyn Axundovun Ermənistanla sərhədi qanunsuz keçməsinə görə həbs edilməsinə qərar verib. 
 
Mayın 8-i Aqşin Bəbirov barəsində hökm çıxarılıb və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. İyunun 21-i isə Hüseyn Axundov 20 il müddətinə azadlıqdan məhrum olunub.
 
Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bir azərbaycanlı hərbçinin aprelin 10-da, ikincisinin isə aprelin 13-də saxlanıldığını bildirib. Daha sonra Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, iki hərbçi itkin düşüb, onlar əlverişsiz hava şəraiti səbəbindən yolu itiriblər. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası itkin düşən iki Azərbaycan hərbçiləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlunun Ermənistanda olmasını ehtimal edərək onların azad olunmaları ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara rəsmi müraciət edib. 
 
Daha sonra, Dövlət Komissiyası Ermənistanda əsirlərlə bağlı görüş keçirilib. Onların ailələri ilə əlaqə qurması üçün şərait yaradılıb. 
 
Aytac Zeynalova
Aygün Mirakif

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - Video
Cəmiyyət 20:46
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - Video
Bu ərazidə işıq olmayacaq
Cəmiyyət 19:56
Bu ərazidə işıq olmayacaq
Beyləqanda yük və minik maşınları toqquşub, xəsarət alanlar var
Cəmiyyət 19:45
Beyləqanda yük və minik maşınları toqquşub, xəsarət alanlar var
Külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 18:14
Külək güclənəcək - XƏBƏRDARLIQ
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Cəmiyyət 18:07
Məhkəmə “Sputnik Azərbaycan” işi üzrə saxlanılan şəxslərin həbsi ilə bağlı qərar verib
Sabahdan rayonlara leysan yağacaq
Cəmiyyət 16:35
Sabahdan rayonlara leysan yağacaq
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
Cəmiyyət 16:14
Azərbaycanda rusdilli məktəblərin bağlanacağı iddiası var
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
Cəmiyyət 15:40
DMX-dən müraciət: Bu şəxslər 31 iyula kimi ölkəni tərk etməlidir
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Cəmiyyət 15:36
DİN-dən əməliyyat - Rusiya vətəndaşları saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol