Ermənistanda PPX böhranı bitdi, amma...

15:19 | 06.08.2016
Ermənistanda PPX böhranı bitdi, amma...

Ermənistanda PPX böhranı bitdi, amma...

Silahlı qrupun Ermənistan polisinin Post-Patrul Xidməti (PPX) alayını tutmasından sonra yaranmış böhran çözülsə də, izləri qalır.Ölkə Milli Təhlükəsizlik Xidməti (MTX) və polisin dörd yüksəkrütbəli məmuru işdən çıxarılıb. Məsələnin təzadlı tərəfi burasıdır ki, elə bugünlərdə prezident Serzh Sarkisian böhranın həlli gedişində savadlı işinə görə hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirmişdi.

NİYƏSİ AÇIQLANMIR

Avqustun 5-də MTX rəhbərinin müavini Hrant Episkoposian və MTX istintaq idarəsinin rəisi Mnatsakan Marukian-ın vəzifələrindən azad edildiyi məlum olub.

Episkoposian-ın niyə işdən çıxarıldığı açıqlanmasa da, Marukian-ın təqaüdə çıxdığı bildirilir.

«Əvvəldən Polis Patrul Xidməti (PPX) alayının tutulması dövlət üçün nonsensdir. Yəni 20 nəfər gəlib o boyda hərbi hissəni tutur, təhlükəsizlik xidməti və polissə fəaliyyətsiz qalır», - hüquq müdafiəçisi Zhanna Aleksanian belə deyir.

Yerevanın Erebuni rayon polis şöbəsinin rəisi Gevorg Hakobian da tutduğu vəzifədən kənarlaşdırılıb.

Ermənistan polisi mətbuat xidmətinin rəisi Ashot Aharonian AzadlıqRadiosunun erməni bürosuna bildirib ki, Hakobian-ın işdən çıxarılması PPX alayının tutulmasından qaynaqlanır: «Bu elə həmin ərazidir, PPX alayı həmin ərazidə yerləşir».

Yerevanın Nor-Nork rayon polis şöbəsinin rəisi Armen Vatian da vəzifəsini itirib. Polisin mətbuat xidməti rəisi bildirib ki, Vatian «xidməti vəzifələrini düzgün yerinə yetirməyib, nəticədə vətəndaşlar və polislər xəsarət alıblar, üstəlik, bir jurnalistin qatıldığı toqquşma baş verib».

Hüquq müdafiəçisi Zhanna Aleksanian şöbə rəislərinin dəyişdirilməsini gülünc sayır:

«Onlar göstərmək istəyirlər ki, hansısa dəyişikliklər aparılır. Bu isə çox gülməlidir, axı yuxarıdan əmr gəlir və istənilən polis o əmri yerinə yetirir».


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb