Ermənistanlı hərbçi Azərbaycanla sərhəddə minaya düşüb

10:57 | 06.05.2024
Ermənistanlı hərbçi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistanlı hərbçi Azərbaycanla sərhəddə minaya düşüb

Tavuşun Xeyrimli kəndində erməni istehkamçı minaya düşüb. Bu barədə Ermənistan mətbuatı yazıb. 
 
Bildirilib ki, hərbçi mina partlaması nəticəsində xəsarət alıb.  
 
Apreldə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 141 tank əleyhinə və 191 piyada əleyhinə mina, o cümlədən 2502 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
 
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyindən verilən məlumata görə, 6038,9 hektar ərazi minalardan təmizlənib.
 
Rəsmi Bakı işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə işlərinin 90%-nin ölkənin daxili resursları hesabına edildiyini bildirib. 
 
Azərbaycan ərazilərin minalanmasına görə dünyada ilk 10-luqda, Avropada isə ilk 3-lükdə qərarlaşıb. 
 
Mayın sonunda Zəngilanda və Bakıda "Minaların ətraf mühitə təsirinin azaldılması - Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfrans keçirilməsi gözlənilir.
 
İkinci Qarabağ Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Gülnar 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb