Etiraf: "Putin məni sevmir"

10:57 | 30.04.2014
Etiraf: "Putin məni sevmir"

Etiraf: "Putin məni sevmir"

ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol maraqlı, amma gözlənilən bir etiraf edib. ANS PRESS-in məlumatına yumoristik “The Colbert Report” verilişinin qonağı olan səfir Putinin onu “şəsxi düşməni” hesab etdiyini söyləyib.Makfolun “yenilənmə” siyasətinin uğursuzluğunun səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, “yenilənmə” terminini Rusiya-ABŞ münasibətlərində ilk dəfə Barak Obama 2009-cu ildə Dmitriy Medvedyevin prezidentliyi dövründə işlədib.Amma, Putinin prezident olmasından sonra Rusiyanın xarici siyasəti dəyişdi. Eks-səfir bildirib ki, Putin hesab edirdi ki, o və dövlət katibi Hilari Klinton Rusiyada müxalifətin hazırlığı ilə məşğul olur. Makfol bununla yanaşı o bir çox müxalifət liderləri ilə görüşdüyünü etiraf edib. “Putin məni sevmirdi, bu aydın idi. O hətta, bunu şəxsən mənə bir neçə dəfə etiraf edib” - deyə Makfol verilişin aparıcıcsına deyib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb