“Eurovision” biletləri satışa çıxarılır

17:30 | 12.12.2014
“Eurovision” biletləri satışa çıxarılır

“Eurovision” biletləri satışa çıxarılır

"Eurovision-2015” mahnı müsabiqəsinin biletləri dekabrın 15-dən satışa çıxarılacaq.

Bu barədə mahnı müsabiqəsinin saytında məlumat var. Saytda qeyd olunur ki, biletləri 15 dekabr saat 09.00-dan etibarən Oeticket.com saytından almaq mümkün olacaq. Biletlər 3 canlı konserti və 2 paltar sınaqlarını izləmək imkanı verəcək.

Ümumiyyətlə, biletlərin 6 kateqoriyaya bölündüyü və qiymətlər şoulardan asılı olaraq dəyişir. Məsələn, paltar sınaqları şousuna qiymətlər 14 avrodan başlayır, Gold kateqoriyalı Final canlı şousunda isə yerlərin qiyməti 390 avrodur. Canlı konsertlərin adi biletləri isə 49-150 avro arasında dəyişir. 9 şou üçün 100 min bilet satışa çıxarılır.

"Eurovision-2015” mahnı müsabiqəsi Avstriyanın Vyana şəhərində keçiriləcək: I və II yarımfinal, müvafiq olaraq, mayın 19 və 21-də, final isə 23-də olacaq. //bakupost.az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM