Evdə uşaq dünyaya gətirən ana öldü

17:00 | 15.02.2015
Evdə uşaq dünyaya gətirən ana öldü

Evdə uşaq dünyaya gətirən ana öldü

Ağsu rayonunda faciəvi hadisə baş verib. Lent.az-a xəbər verir ki, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib. 
 
Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib.


 Ailə üzvlərinin dediyinə görə, maddi vəziyyətləri yaxşı olmadığından qadın hamiləlik müddətində həkim nəzarətində olmayıb və övladını köhnə qaydalarla ev şəraitində dünyaya gətirib. N.Əzizova daha əvvəl 2 dəfə övlad dünyaya gətirib ki, həmin uşaqlar da evdə həyata göz açıb.


 Ölüm faktı ilə bağlı araşdırma aparılır. 
 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM