Facebook istifadəçilərinə - Xəbərdarlıq

10:55 | 28.11.2014
Facebook istifadəçilərinə - Xəbərdarlıq

Facebook istifadəçilərinə - Xəbərdarlıq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi (ETM) internet istifadəçilərinə sosial şəbəkələr və  hər hansı veb saytlarda qeydiyyatdan keçərkən diqqətli olmalarını tövsiyə edir. ANN.Az nazirliyin saytına istinadən verdiyi xəbərə görə, ETM-i istifadəçilərə qeydiyyatdan keçdikləri saytların  təhlükəsizlik siyasəti və fərdi məlumatlardan istifadə şərtləri ilə əvvəlcədən tanış olmağı tövsiyə edir. Mərkəz  istifadəçilərin fərdi məlumatlarının konfidensiallığının təmin olunmaması və ya başqa tərəflərə ötürülməsi barədə şərt mövcud olduğu halda həmin veb saytlarda qeydiyyatdan keçməyi məsləhət görmür. ETM-in bu tövsiyəsinə səbəb "Facebook” sosial şəbəkəsinin öz istifadə şərtləri, fərdi məlumatlardan istifadə siyasəti və "cookie” fayllarından istifadə siyasətini dəyişməsi barədə xəbərdarlıq yayması olub.  Belə ki, fərdi məlumatlardan istifadə siyasətində istifadəçilərin təhlükəsizliyinin təmin olunması ilə bağlı bir sıra maddələrlə yanaşı, onları narahat edə biləcək dəyişiklik də mövcuddur: "Sosial şəbəkə 1 yanvar 2015-ci il tarixindən etibarən öz istifadəçilərinə heç bir xəbərdarlıq etmədən onlara məxsus məlumatların üçüncü tərəfə - reklam şirkətləri, operatorlar və digər maraqlı tərəflərə ötürülməsi barədə qərar qəbul edib”.  Qeyd edək ki, sosial şəbəkənin rəhbərliyi bütün istifadəçilərə xəbərdarlıq göndərməklə hal-hazırda bu barədə onları məlumatlandırır. Siyasətdəki bu önəmli dəyişikliklə razı olmayan istifadəçilər bu sosial şəbəkədən istifadəni dayandıra bilərlər.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM