Fatih Portakal azərbaycanlı yanğınsöndürənləri paylaşdı - Video

21:38 | 02.08.2021
Fatih Portakal azərbaycanlı yanğınsöndürənləri paylaşdı - Video

Fatih Portakal azərbaycanlı yanğınsöndürənləri paylaşdı - Video

Türkiyənin tanınmış xəbər aparıcısı Fatih Portakal qardaş ölkədə meşə yanğınlarının lokallaşdırılması üçün Azərbaycandan ezam olunan yanğınsöndürənlərin əməyini yüksək qiymətləndirib.  

"Qafqazinfo” xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video paylaşan aparıcı onlara göstərdikləri fədakarlıqlara görə təşəkkür edib.

"Yardıma gələnlər var, onlardan bir qrupu bu avtobusdan endi. Bizim əsgərlərə bənzəmirdilər, söhbətləşdik, Azərbaycandan gəldikləri məlum oldu. Onlara təşəkkür edirik, bizə dəstək üçün gəldilər”.

Daha sonra F. Portakal azərbaycanlı yanğınsöndürənlərə yaxınlaşaraq onlarla salamlaşıb. Göstərdikləri əməyə görə təşəkkür edib.

Qeyd edək ki, bu gündən FHN-nin 53 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 ədəd tibbi yardım avtomobili, 220 nəfər yanğınsöndürən və xilasedici daxil olan ikinci yardım qrupu yanğın baş verən ərazilərdə xidmətə başlayıb. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin 100 nəfər əməkdaşından ibarət ilk qrup isə iyulun 30-da Türkiyəyə yollanıb.
 

 

 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb