Fatih Terim yenidən "Qalatasaray"da

10:44 | 22.12.2017
Fatih Terim yenidən

Fatih Terim yenidən "Qalatasaray"da

Türkiyənin "Qalatasaray” klubunun rəhbərliyi Fatih Terimlə danışıqlara başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, klubun baş məşqçi vəzifəsi yenidən 64 yaşlı mütəxəssisə tapşırılacaq. 

Terimin özü isə "Twtter”də "Harada qalmışdıq, "Qalatasaray”? deyə paylaşım etməklə sabiq klubuna geri döndüyünə işarə vurub. 

Qeyd edək ki, Fatih Terim 1996 - 2000, 2002 - 2004 və 2011 - 2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku qazandırıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb