"Seçkilərlə bağlı haqlarının tapdandığını iddia edən keçmiş namizədlərin hüquqi yollarla mübarizə aparmasını normal qəbul edirəm. Qanunda nəzərdə tutulan şikayət mexanizmini həyata keçirənlərlə bağlı MSK-nın münasibəti də təqdir olunandır. Ancaq bu mübarizəni ən iyrənc vasitələrlə aparanların özləri kimi məsuliyyətsiz insanlar tərəfindən dəstəklənməsi üzücü bir durumdur".
"Yeni Sabah" xəbər verir ki, bu fikirləri rəsmi nəticələrə görə, 26 saylı Sabunçu birinci seçki dairəsindən lider namizəd Fazil Mustafa öz facebook səhifəsindən paylaşdığı yazıda qeyd edib.
"Mehman Hüseynovun aşağıda paylaşıdığım bu videosu da heç nəyin mahiyyətinə varmayan dar düşüncəli insanların aldadılması üçün nəzəzrdə tutulub.
Burada bizim də namizəd olduğumuz 26-cı dairənin müvafiq məntəqəsindən söhbət getdiyindən, məsələyə münasibət bildirməyi özümə borc bilirəm.
Çünki qeyd olunan məntəqədə heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb və tam şəffaf və demokratik seçki keçirilib. Bildiyiniz kimi 31-ci dairədən lider namizəd təhsil eksperti Etibar Əliyevdir və digər namizəd olmuş şəxs Mehman Hüseynov seçkidən sonra ona qarşı sosial şəbəkədə kampaniya aparır. Əlbəttə, bu onun hüququdir, hansısa iddiaları varsa hüquqi yollarla bunu çözmək istəməsi də normal qarşılanmalıdır.
Bu videonu hər kəs izləsin, özünüz də görəcəksiniz ki, Mehman Hüseynov Asya xanıma böhtan atır, burada stolun üzərinə qoyulan yeşiyin aşması nəticəsində bülletenlər yerə tökülür və dərhal da məntəqə üzvləri, o cümlədən Asya xanım tərəfindən yerdən yığılır.
Və həmin vaxt orada olan çoxsaylı müşahidəçilərdən kimsə çiğirib-bağırıb iddia etmir ki, kiminsə qoynundan yerə bülleten tökülüb. Çünki iki metr yaxınlıqdan bu videonu çəkən müşahidəçi də ən azı səs qeydlərdə bunu vurğulamalı idi. Onlar da qutunun təsadüfən aşmasının şahidi olduqlarına görə bu hadisəni Mehman Hüseynovun şantajına əsas verəcək səviyyəyə qaldırmağı düşünmürlər.
Əksər namizədlərin müşahidəçiləri olan bu məntəqədə faktla bağlı hansısa akt və ya şikayət də DSK-ya daxil olmur. Bu məsələni iştirakçıların ifadələri ilə sösbəsöz araşdırıb özüm üçün aydınlaşdırandan sonra tam məsuliyyətimlə söyləyirəm: Mehman Hüseynov yalan danışıb, Asiya xanıma böhtan atıb, bu vasitə ilə onun qardaşı Etibar Əliyevə qarşı çirkin ittihamların yönəldilməsi məqsədi güdüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !