Fələstin Haaqa Məhkəməsinə üz tutur

09:32 | 31.07.2014
Fələstin Haaqa Məhkəməsinə üz tutur

Fələstin Haaqa Məhkəməsinə üz tutur

Fələstin Haaqa Beynəlxalq Cinayət məhkəməsində İsrailə qarşı iddia qaldırır.APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb. Məlumata görə, iddianın qaldırılması üçün tələb olunan bütün sənədlər artıq Fələstinin ədliyyə naziri tərəfindən hazırlanıb. Məsələnin təfərrüatları hələlik açıqlanmır.Qeyd edək ki, ötən gün Misir İsraili Qəzza zolağında dinc əhaliyə qarşı həddindən artıq güc tətbiqinə görə sərt tənqid edib.  Xatırladaq ki, yalnız ötən gün ərzində Qəzzaya endirilən zərbələr nəticəsində 100-dək fələstinli ölüb. İsrailin 22 gündür davam edən əməliyyatı zamanı, ümumilikdə, 1 318 fələstinli həlak olub.  ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb