Fəthullah Güləndən unikal qarğışlar - VİDEO

09:27 | 05.08.2014
Fəthullah Güləndən unikal qarğışlar - VİDEO

Fəthullah Güləndən unikal qarğışlar - VİDEO

“Kim mütəşəkkil qrupdursa Allah onların evinə atəş salsın, əllərini dizlərinə vurdursun”“Xidmət” hərəkatının lideri Fəthullah Gülənin qarğış qarğadığı yeni video-çarx yayılıb. ANS PRESS-in xəbərinə görə, 8.5 aydır səsi çıxmayan Gülən özünə aid internet saytında yeni söhbət videosunu yayıb. “İmtahan və Haqqda səbat” adlı söhbətdə F. Gülən yenə də bəddua edir.“Şeytan mütəmadi olaraq əleyhimizdə olan bəzi şeyləri qarşımıza çıxarır, “Haydı siz də onlara qarşı bir şey deyin” – deyir. Məsələn, bizə paralel dedilər, biz də onlara deyək, “Siz paralelsiniz!”. Məsələn zəli dedilər. Nədir? Qan soran! Həqiqətən bəziləri millətinin qanını sorur, onu qansız qoyur. Fəqət müqabələi bilmislihi qaidəyi zalimanəsinə (zalımcasına eyni şəkildə cavab vermək qaydasına) girərək, “Qan soran zəli sizsiniz” demək axmaqlığına girməmək lazımdır. Hökmən bir şey demək istəyirsinizsə karbondioksid atmaq mənasında belə deyin: “Kim paraleldirsə Allah onun bəlasını versin. Allah yeddi sülaləsini yerin dibinə batırsın. Kim zəlidirsə, Allah onun min bəlasını versin. Zəlilərin evinə daş salsın. Kim mütəşəkkil qrupdursa Allah onların evinə atəş salsın. Əllərini dizlərinə vurdursun. Kim hörgütdürsə Allah onun bəlasını versin. Kim millətin hüququ olaraq arpa boyda haram yeyibsə Allah onun yeddi sülaləsinin bəlasını versin!”. Bunu deyərkən öz payınıza deyin”.Fəthullah Gülən söhbət zamanı “Pensilvaniyanın namizədi” kimi dəyərləndirilən Ekmeleddin İhsanoğlunun adını cümlədə 6 dəfə işlədir.“Fəqət hər halımızda, hər hərəkətimizdə, hər davranışımızda imanı ekmel, İslamı ekmel, ehsanı ekmel, ixlası ekmel, rizayı ekmel deməli, həyatımızı bu çərçivədə düzgün davam etdirməliyik”.(Qeyd edək ki, burda “ekmel” sözü ərəb dilində kamil sözünün cəmi, habelə qüvvətləndirmə ədatıdır. Bundan başqa müxalifətin vahid namizədi Ekmeleddin İhsanoğlunun adı bəzən qısaca Ekmel kimi də ifadə olunur)Xatırladaq ki, Türkiydə 2013-cü il dekabrın 17-də baş tutmuş rüşvət və korrupsiya əməliyyatından sonra da oxşar qarğışlarla çıxış edən F. Gülən xüsusilə din adamlarının və ümumilikdə ictimaiyyətin tənqid hədəfi olmuşdu.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb