FHN “28 MALL”da baş vermiş yanğınla bağlı məlumat yayıb

10:00 | 03.01.2015
FHN “28 MALL”da baş vermiş yanğınla bağlı məlumat yayıb

FHN “28 MALL”da baş vermiş yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi "28 MALL” ticarət mərkəzində baş vermiş yanğınla bağlı məlumat yayıb.

ANN.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər veri ki, yanğın Bakı şəhəri, Nəsimi rayonunda "28 MALL” ticarət mərkəzinin 4-cü mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülmüş kafenin mətbəxində baş verib. 

Nəticədə kafenin dam örtüyündə quraşdırılmış ventilyasiya qurğusu və 6 p.m izolyasiyası yanıb. Yanğından inzibati bina və soyuducu kamerası mühafizə olunub. 

Yanğın saat 20:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM