FHN-dən avtovağzal yolundakı sürüşmə ilə bağlı yeni AÇIQLAMA

16:23 | 16.10.2015
FHN-dən avtovağzal yolundakı sürüşmə ilə bağlı yeni AÇIQLAMA

FHN-dən avtovağzal yolundakı sürüşmə ilə bağlı yeni AÇIQLAMA

Bir neçə gün əvvəl Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında qeydə alınan sürüşmə nəticəsində istinad divarları əyilib, yola yaxın hissədə iri çatlar əmələ gəlib. Hava şəraitinin yağışlı keçməsi isə təhlükənin daha da genişlənməsinə rəvac verir.
 
 
Fövqaladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov Modern.az saytına deyib ki, hazırda ərazidə hər hansı təhlükə yoxdur:

"Gələcəkdə güclü yağış sularının yarada biləcəyi təhlükədən qorunmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirilir”. FHN rəsmisi qeyd edib ki, yoldakı çatların genişlənməməsi üçün nazirlik tərəfindən tədbirlər davam etdirilir:

"Nazirlər Kabinetinin göstərişi əsasında avtovağzal yolunun çatlayan hissəsində dayaq-bərkitmə işləri həyata keçirilir. Bu, həmin yolda çatların genişlənməsinin qarşısını almaq üçündür.

İşlər başa çatandan sonra layihə-smeta sənədləri hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq. Sənəd təsdiq olunduqdan sonra yolda gücləndirmə işləri həyata keçiriləcək. Bu prosesdən sonra yol daha da etibarlı olacaq”.  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM