FİFA üzr istədi

17:40 | 31.10.2014
FİFA üzr istədi

FİFA üzr istədi

Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) yol verilən yanlışlığa görə üzr istəyib.ANS PRESS-in məlumatına görə, Rusiyada keçiriləcək 2018-ci il futbol üzrə dünya çempionatının təqdimat filmində Krımı Rusiya xəritəsində göstərən görüntü əks edilib. FIFA-dan bildirilib ki, 2018-ci il futbol üzrə dünya çempionatının loqo təqdimatı üçün təşkilat komitəsi yerli reklam agentliyini vəzifələndirib:"Yerli reklam agentliyi tərəfindən istifadə olunan Rusiya xəritəsi diqqətimizdən qaçıb. Filmdəki həmin hissə videodan çıxarılıb", -deyə FİFA-nın məlumatında bildirilib. Qeyd edək ki, Krımdakı mövcud vəziyyət futbolla bağlı bir sıra problemlərin yaranmasına gətirib çıxarır. Belə ki, UEFA avqust ayında verdiyi qərara əsasən, Rusiya liqasına daxil olan 3 Krım komandasının matçlarını tanımayacağını bildirmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb