Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqlədi

17:36 | 27.04.2015
Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqlədi

Fitch AccessBank-ın kredit reytinqini Investment Grade səviyyəsində təsdiqlədi

Fitch Ratings AccessBank-ın uzunmüddətli Emitent Defoltu Reytinqini ‘BBВ-’ səviyyəsində təsdiqləyib 

Fitch Ratings agentliyi AccessBank-ın Uzunmüddətli Emitent Defoltu Reytinqini (EDR) "Sabit” proqnozla ‘BBВ-’ dərəcəsində, "Investment Grade” səviyyəsində təsdiqləyib. Fitch Bankın beynəlxalq kredit reytinqini 2014-cü ilin dekabr ayında ‘BB+’ səviyyəsindən ‘BBВ-’ - səviyyəsinə yüksəldib. Hazırda AccessBank yerli banklar arasında ən yüksək kredit reytinqinə malikdir və Azərbaycanda "Investment Grade”  səviyyəsinə yüksələn yeganə bank olaraq qalır. 
"AccessBank-ın investisiya səviyyəsinin ‘BBВ-’ reytinqi üzrə təsdiqlənməsi Bankın yüksək sabitliyə və dayanıqlı biznes modelinə malik olduğunu təsdiq edir. Əksər MDB ölkələrinin iqtisadiyyatının mürəkkəb şəraitdə mövcud olduğu bir zamanda, bu reytinqin əldə olunması mühüm əhəmiyyət kəsb edir,” – AccessBank-ın Baş Meneceri Michael Hoffmann reytinqin təsdiqlənməsini şərh edərək qeyd edib.   
Reytinqin tam siyahısı aşağıda göstərilir: 

Uzunmüddətli EDR: "Sabit” proqnozla ‘BBB-’ səviyyəsində təsdiqlənib
Qısa müddətli EDR: ‘F3’səviyyəsində təsdiqlənib
Dayanıqlılıq reytinqi: ‘bb-’ səviyyəsində təsdiqlənib 
Dəstək Reytinqi: ‘2’ səviyyəsində təsdiqlənib
AccessBank 2002-ci ildə Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, KfW, LFS Financial Systems GmbH adlı Alman konsaltinq şirkəti və AccessHoldinq tərəfindən yaradılıb. AccessBank mikro, kiçik və orta ölçülü bisneslərin maliyyələşdirilməsi ilə məşğuldur. Azərbaycanda geniş filial şəbəkəsinə malik olan Bankda 2000-dən artıq əməkdaş çalışır.

Daha ətraflı məlumat almaq üçün Nigar Məmmədova ilə əlaqə saxlaya bilərsiniz: (99412) 490 80 10 və ya [email protected]


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb