Fransa Azərbaycana raket kompleksi satmağa hazırlaşır

15:53 | 04.12.2018
Fransa Azərbaycana raket kompleksi satmağa hazırlaşır

Fransa Azərbaycana raket kompleksi satmağa hazırlaşır

Fransanın "MBDA Systems” şirkəti ilə Azərbaycan arasında ASTER 30 SAMP/T və "VL Mica” hava hücumundan müdafiə sistemlərinin alqı-satqısına dair görüşmələrin yaxın zamanlarda yekunlaşması gözlənilir.

Bu barədə "AzeriDefence”ə "MBDA Systems” şirkətinin nümayəndəsi məlumat verib.

Tərəflər arasında fikir yaxınlığının olduğunu ifadə edən şirkət nümayəndələrinin sözlərinə görə, müzakirələr 2014-cü ildən davam edir. Lakin ötən dövrdə neftin qiymətinin düşməsi və maliyyə problemlərindən dolayı prosesdə müəyyən ləngimələr yaşanıb.

"Azərbaycan tərəfi bu komplekslərin imkanları ilə tanış olublar və məmnundurlar. Fransa dövlətindən ixracat üçün icazə almışıq. Bu sistemin Azərbaycanın hava hücumlarından müdafiəsini ən mükəmməl şəkildə təmin edəcəyini düşünürük”, – deyə şirkət nümayəndələri qeyd ediblər.

Yerüstü bazalaşdırılan ASTER 30 SAMP/T kompleksi 120 km-ə qədər məsafədə hədəfləri zərərsizləşdirə bilir. Hər iki kompleks yaxın və uzaq mənzilli raketlərdən istifadə edir və yüksək sürətli hədəfləri vurma şansı 96-98 faizdir.

Qeyd edək ki, ASTER 30 SAMP/T sistemi "İsgəndər” operativ taktik raketlərinə qarşı dünyanın ən mükəmməl sistemi hesab olunur. Hətta Amerikanın "Patriot” ZRK – lərini üstələyir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM