Fransanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

14:41 | 30.09.2015
Fransanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Fransanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb

Fransanın Azərbaycandakı yeni səfirinin adı açıqlanıb.

"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, Fransanın Azərbaycandakı yeni səfiri Aureliya Buşez (Aurelia Bouchez) olacaq.

Hazırkı səfir Paskal Mönyenin səlahiyyət müddəti oktyabrın sonunda başa çatır.

A.Buşez 2012-ci ilin aprelindən Avropa İttifaqının Qazaxıstandakı nümayəndəliyinin rəhbəri, ondan əvvəl isə NATO Baş katibi müavininin regional, iqtisadi və təhlükəsizlik məsələləri üzrə köməkçisi olub.

A.Buşez fransız, ingilis, rus və alman dillərini bilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM