Fransanın turizm ekspertləri Azərbaycana cəlb edilir

21:03 | 22.07.2016
Fransanın turizm ekspertləri Azərbaycana cəlb edilir

Fransanın turizm ekspertləri Azərbaycana cəlb edilir

"Fransa bizim üçün dəyərli dost və tərəfdaş ölkədir. Biz münasibətlərimizi daha da inkişaf etdirməyi düşünürük”.

Oxu.Az xəbər verir ki, bu sözləri Əbülfəs Qarayev Fransanın "I-Tourisme” jurnalına müsahibəndə deyib. 

Ə.Qarayev Fransanın turizm agentliklərini təmsil edən Rişar Subyel ilə əməkdaşlıq haqqında sazişin imzlanmasının əhəmiyyətindən də danışıb:

"Bizim fransalı turizm peşəkarlarına ehtiyacımız var. Bu sazişin (Turizm agentliklərini təmsil edən Rişar Subyel ilə əməkdaşlıq haqqında saziş imzalanması - red.) məqsədi əməkdaşlığı genişləndirmək, bu sektorun müxtəlif iştirakçıları arasında mübadiləni asanlaşdırmaqdır.

Konkret olaraq, biz turizm agentliklərini Azərbaycana gətirmək üçün əlverişli şərait yaratmaq istəyirik. Onlar bizim ölkəmizi kəşf edəcək və biz onların məsləhətlərini diqqətlə dinləyəcəyik”, - deyə nazir qeyd edib. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM