Fransızlar Marin Le Penin qalib gəlməsini istəyir

17:44 | 04.07.2024
Fransızlar Marin Le Penin qalib gəlməsini istəyir

Fransızlar Marin Le Penin qalib gəlməsini istəyir

Fransızların böyük əksəriyyəti ölkə parlamentinə seçkilərdə Marin Le Penin partiyası olan  Milli Ralli partiyasının qalib gəlməsini istəyir. Bu barədə Rusiya mətbuatı yazıb.  
 
Belə ki. sorğu iştirakçılarının 47%-i Le Penin partiyasının uğuruna əmindir, vətəndaşların daha 43%-i onu xalqa Yeni Xalq Cəbhəsinin nümayəndələrindən daha yaxın hesab edir.

Sorğunun nəticələrindən də belə çıxır ki, tədqiqat iştirakçılarının 40%-i "Milli Birlik”in dəyərlərini ən demokratik hesab edir. Fransalı respondentlərin 45%-i partiya sədri Jordan Bardell-i baş nazir kimi görmək istəyir.

Bundan əvvəl "Le Parisien” qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yazıb ki, Fransada keçirilən parlament seçkilərinin birinci turunda Milli Ralli və onun müttəfiqləri 33,4 faiz səs toplayaraq qalib gəlib. Solçu Yeni Xalq Cəbhəsi koalisiyası 27,98% səslə ikinci, prezident Emmanuel Makronun koalisiyası isə 20,76% səslə üçüncü olub.

Sonrakı yerdə Respublikaçılar (6,56% səs, 1 seçilmiş) və müxtəlif sağçılar (3,67%, 2 seçilmiş).

Daha əvvəl ABŞ-da Le Pen partiyasının Fransada hakimiyyətə gəlməsinin nəticələri açıqlanmışdı.
 
Gülnar 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti