FTB-nin keçmiş rəhbəri barəsində ŞOK İDDİA

20:21 | 05.01.2015
FTB-nin keçmiş rəhbəri barəsində ŞOK İDDİA

FTB-nin keçmiş rəhbəri barəsində ŞOK İDDİA

Federal Təhqiqatlar Bürosunun (FTB) keçmiş liderinin rüşvət aldığı iddia edilib.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, bunu İranın FARS Xəbər Agentliyi iddia edib. Agentlik FTB-nin keçmiş rəhbəri Luiz Frihin Tehran rejiminə qarşı döyüşən "Xalqın Mücahidləri Təşkilatı"nın ABŞ-ın terror siyahısından çıxarılması üçün rüşvət aldığını iddia edib. Buna görə, təşkilat Luiz Frihə 50 min dollar rüşvət verib. Frih isə bunun qarşılığında təşkilatın ABŞ Xarici İşlər Nazirliyinin "xarici terror təşkilatları" siyahısından çıxarılması üçün çalışıb.

Xatırladaq ki, ABŞ Xarici İşlər Nazirliyi 2012-ci ildə "Xalqın Mücahidləri Təşkilatı" "xarici terror təşkilatları" siyahısından çıxarmışdı.

ANN.Az


0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb