Fuad Cavadov istefa verdi

11:57 | 10.04.2020
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru Fuad Cavadov istefa verib.

Anews.az xəbər verir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, F. Cavadov işləmək istəmədiyini bildirib və öz istəyinə uyğun olaraq vəzifəsindən azad olunub.

Artıq Ədliyyə naziri Fikrət Məmmədov bu vəzifəyə təyinat edib. Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin keçmiş rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə general-mayoru İlqar Cəfərov Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi təyin olunub.

Ədliyyə Nazirliyindən məlumatı təsdiqləyiblər.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM