Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının C divizionunun birinci qrupunda Slovakiya ilə sentyabrın 23-də qarşılaşıb. Trnava şəhərindəki Anton Malatinski stadionunda keçirilən oyun Azərbaycan yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Oyunun əvvəlləri sakit tempdə keçib. Matçın sonlarına yaxın Azərbaycan millisinin üzvü Renad Dadaşov hesabı aça bilib. Beləliklə, Azərbaycan yığması fasiləyə minimal üstünlüklə yollanıb.
Matçın ikinci hissəsi isə Slovakiya millisi üçün daha dinamik keçib. Onlar bir neçə dəfə Azərbaycan millisinin qapısı qarşısında təhlükəli vəziyyət yaradıblar.
Nəticədə əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Slovakiya millisindən Yirka penaltini dəqiq yerinə yetirməyi bacarıb. Bu qolla oyunda tarazlıq bərpa olunub. Lakin matça artırılmış əlavə 5-ci dəqiqədə Azərbaycan millisinin üzvü Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib. Bununla da oyun (Azərbayca) 2-1(Slovakiya) hesabı ilə bitib.
Səfərdə Slovakiyaya qalib gələn Azərbaycan seçməsi bu nəticə ilə xallarını 7-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. Yığma həmçinin C Liqasındakı yerini qoruyub. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.
Azərbaycan millisi qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.
Sadiq Cavadov
www.anews.az