2024-cü ildə dövlət büdcəsinin kəsiri 2,590 milyon manat olacaq, bu da cari il ilə müqayisədə 144,3 milyon manat azdır. Bunu deputat Tahir Mirkişili deyib.
O bildirib ki, dövlət büdcəsinin kəsirin ÜDM nisbəti 2,2% təşkil edəcək.
"Cari ilin iyulun 1-nə olan tarixə görə dövlət borcunun məbləği 16151,0 milyon manat olmaqla ÜDM-ə nisbəti 14,5% təşkil edib", - deputat noyabrın 13-də Milli Məclisdə büdcə müzakirəsi zamanı söyləyib.
Deputat vurğulayıb ki, son 5 ildə vergi və gömrük orqanlarının xətti ilə dövlət büdcəsinin qeyri-neft gəlirlərinin 6,3 milyard manat artması müsbət haldır.
Gülnar Nazimqızı
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !